Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Respublika Perinatal Mərkəzində təmir işlərinə başlanılacaq
"Yanğın baş verən Respublika Perinatal Mərkəzində təmir işlərinin aparılması ilə bağlı aidiyyəti üzrə razılaşdırma işi yekunlaşıb və bu həftə ərzində tender elan olunacaq".
Oxu.Az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov brifinqdə sualları cavablandırarkən deyib.
O bildirib ki, tenderin nəticəsinə uyğun olaraq, təmir işlərinə başlanılacaq.
V.Qurbanov vurğulayıb ki, mərkəzə yeni direktor təyinatı hələ yoxdur.
Məhərrəm Əliyev
"Respublika Perinatal Mərkəzi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər