Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Ramiz Mehdiyev daha bir vəzifəsini İTİRDİ
Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamədə dəyişiklik edilib. Dəyişikliyə əsasən, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin sədrinin birinci müavini postu ləğv edilib.
Modern.az-ın məlumatına görə, Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti sədrinin birinci müavini Ramiz Mehdiyev olub.
Beləliklə, Ramiz Mehdiyevin tutduğu vəzifə ləğv edilib.
O, Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibində sadəcə adi üzv olub.
Qeyd edək ki, Ramiz Mehdiyev 1995-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri olub. O, 2019-cu ildə vəzifəsindən azad edilib. Mehdiyev daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini tutub.