Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Ramanada yolları su basdı: Sakinlər nazik cığırın ümidinə qalıblar - VİDEO
Bakının Sabunçu rayonunun Ramana qəsəbəsinin daxili yollarını su basıb.
Oxu.Az xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.
Ramana sakini bildirir ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə baxmayaraq, problemi həll edən yoxdur.
“Yolu o dərəcədə su basıb ki, evə getmək üçün nazik cığırın ümidinə qalmışıq”, - deyə sakin bildirib.
Məsələ ilə bağlı Oxu.Az-ın sualını cavablandıran “Azərsu” ASC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, təmsil etdiyi qurumun Ramanada infrastrukturu yoxdur, yəni onların məsuliyyətində deyil.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli də Oxu.Az-a açıqlamasında məsələnin təmsil etdiyi quruma aidiyyətinin olmadığını qeyd edib.
Əzizə İsmayılova
Rəylər