Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Qəbul imtahanlarında keçid balları artacaq?
Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində bəzi ixtisaslar üzrə zəif nəticə göstərən abituriyentlərin sayı üstünlük təşkil edir.
Xezerxeber.az xəbər verir ki, bu mənzərə xüsusilə ikinci və üçüncü ixtisas qruplarında daha çox hiss olunur. Mövcud vəziyyət qəbul imtahanlarının ikinci cəhdində sualların hansı səviyyədə olacağını gündəmə gətirir.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.
Ekspert hesab edir ki, qəbul imtahanlarının ikinci cəhdində Dövlət İmtahan Mərkəzi (DİM) balansı qoruyacaq.
Onun sözlərinə görə, qəbul imtahanlarının ikinci cəhdində bəzi qruplarda əvvəlki illərlə müqayisədə daha ciddi rəqabətin olacağı gözlənilir. Bəzi ixtisaslar üzrə isə balların yüksələcəyi də istisna deyil.
Rizvan Fikrətoğlu qeyd edib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.
Ətraflı süjetdə:
"Ali məktəblərə qəbul imtahanları" teqi üzrə xəbərlər
- Bu xəbərləri qaçırmayın: 22.10.2024-ün ən mühüm hadisələri
- SAT imtahan nəticələri ilə tələbə qəbulu - Niyə Azərbaycanda bütün universitetlər bunu tətbiq etmir?
- Bu xəbərləri qaçırmayın: 28.08.2024-ün ən mühüm hadisələri
- Universitetlərə qəbul olanlar üçün qeydiyyat başlayıb
- Bu xəbərləri qaçırmayın: 26.08.2024-ün ən mühüm hadisələri