Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Qaxda it dişləməsi nəticəsində xəsarət alan qızın son durumu açıqlandı
Qaxda itin hücumuna məruz qalan 11-ci sinif şagirdinin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən qeyd olunub ki, şagird evə buraxılıb.
"Oktyabrın 3-ü saat 22:30-da 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxs it dişləməsi səbəbilə Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə hospitalizasiya olunub.
Ona bədənin bir neçə nahiyəsində müştərək açıq yaralar diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb".
Aygün Mirakif
Qaxda it 11-ci sinif şagirdinə hücum edərək ağır xəsarətlər yetirib.
"Qafqazinfo"nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhər ərazisində baş verib.
Belə ki, Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə yolla hərəkət edərkən həyətlərin birindən çıxan it ona hücum edərək ağır yaralayıb.
Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və o, Cərrahiyyə şöbəsinə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, it qızın boyun, döş, bel və ayaq nahiyələrinə ağır xəsarətlər yetirib.
Hazırda xəstəxanada məktəblinin müalicəsi davam etdirilir.
Rəylər