Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Qardaşlar arasında dava: Qadını xəyanət edərkən tutdu
Ucar rayonunda 1995-ci il təvəllüdlü Ülvi Abbasov şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı qardaşı Rauf Abbasova xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin dekabrın 29-da Ucar rayonunun kəndlərindən birində baş verib. Ülvi qardaşı Raufun arvadı Ülviyyənin mobil telefon vasitəsi ilə yad adamla danışmasını gördükdən sonra qardaşına irad tutub. Bu səbəbdən qardaşlar arasında mübahisə yaranıb. Mübahisə zamanı Ülvi başı ilə bir dəfə qardaşının sifətinə zərbə vuraraq ona xəsarət yetirib.
Hadisəni törədən Ülvi Abbasov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ülvi ittihamı qəbul edib. O bildirib ki, evlidir, iki azyaşlı övladı var və valideynləri ilə birlikdə Ucar rayonunun kəndində qardaşı Raufla ata evində yaşayır:
"Rauf da evlidir, ailəsi ilə birlikdə həmin evdə qalır. Dekabrın 29-da saat 19 radələrində Raufun arvadı Ülviyyənin gizlicə kiminləsə mobil telefonla danışmasını güman etdim. Bundan əsəbiləşərək Raufa zəng etdim və harada olduğunu soruşdum. Rauf mağazadan ərzaq alaraq evə gələcəyini bildirdi".
Təqsirləndirilən şəxs qeyd edib ki, təxminən 30 dəqiqə sonra Rauf evə gəlib:
"Raufa Ülviyyənin kiminləsə telefonla danışmasını deyərək irad tutdum. Cavabında Rauf mənim Ülviyyəyə şər atdığımı bildirdi. Rauf yaşadığımız evin eyvanında üzərimə gəldiyi üçün başım ilə bir dəfə onun sifətindən vurdum. Anam Səmayə bizi dava etməyə qoymayaraq aralaşdırdı. Dava-dalaş zamanı Rauf məni vurmadı. Orada nalayiq söyüşlər söyülməmişdi. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi. Ailə üzvlərimizdən başqa evdə heç kim olmayıb".
Zərərçəkmiş qismində ifadə verən Raufun sözlərinə görə, dekabrın 29-da saat 19 radələrində kənddə mağazadan ərzaq alıb və evə gəldikdən sonra Ülvi ona zəng edib harada olduğunu soruşub:
"Mən də mağazadan ərzaq alaraq evə gəldiyimi bildirdim. Yaşadığımız evin eyvanında Ülvi mənə bildirdi ki, sən necə kişisən, arvadın Ülviyyə başqa adamla telefonla danışır. Ülviyyəyə şər atıldığını bildirdim və Ülvi ilə mübahisə etdim. Ülvi qəfil başı ilə bir dəfə sifətimdən vurdu və mənə xəsarət yetirdi. Anam Səmayə bizi aralaşdırdı, dava etməyə qoymadı. Almış olduğum xəsarətlə bağlı həmin gün Ucar Rayon Mərkəzi Xəstəxanasına müraciət etdim. Dava-dalaş zamanı Ülvini vurmamışam, orada nalayiq söyüşlər söyülməyib. Dava-dalaş təxminən 5 dəqiqə davam etdi".
Bu cinayət işi Ucar Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alaraq, Ülvinin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.
"Ucar" teqi üzrə xəbərlər
- DSX-nin hərbçisi faciəli şəkildə öldü
- Azərbaycanda kişi cekpot udmaq üçün lotereya oğurladı
- Üç uşaq anasının faciəli ölümü: Başı qapıya çırpılaraq yarılıb
- Ucarda məktəbli qıza mesajlar yazıb evlərini yandırmaqla HƏDƏLƏDİLƏR
- Ucarda sahibkarlarla görüş keçirilib, KOB dostu ofisi fəaliyyətə başlayıb - FOTO
Rəylər