Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Psixiatriya Xəstəxanasında vətəndaş döyülüb? - İDDİA
"Mahir Hüseynov Psixiatriya Xəstəxanasına yerləşdirildikdən sonra orada döyülüb".
Bu iddia ilə vətəndaş Sevil Hüseynova Baku TV-nin qaynar xəttinə müraciət edib.
Onun sözlərinə görə, avqustun 10-da həyat yoldaşı təcili tibbi yardımla Psixiatriya Mərkəzinə gətirilib.
Bir neçə gün sonra isə onun ziyarətinə gedərkən gördükləri həyat yoldaşını dəhşətə gətirib.
"Yoldaşımı əlil arabasında gətirdilər. Hazırda ayağa dura bilmir. Sol tərəfdən böyrünü tutmuşdu, nəfəs alıb-verə bilmirdi. Sağ tərəfdən qaşının üstü partlamışdı. Məndə videogörüntülər, şəkillər var. Həkimlər dedilər ki, biz döyməmişik, palatadakı ruhi xəstə döyüb", - deyə S.Hüseynova söyləyib.
Şöbə müdiri Nigar Novruzova isə bildirib ki, Sevil Hüseynovanın səsləndirdiyi fikirlər əsassızdır:
"Xəstə gələndə psixi vəziyyətində narahatlıqlar olub, eyni zamanda halsızlığı var idi. Sistemlərin nəticəsində ayağa durmaq istəyərkən yıxılaraq qaşın yuxarı nahiyəsindən xəsarət alıb. Xəstənin özündən də soruşanda cavab verir ki, heç kəs məni vura bilməz. Əlavə müayinələr üçün onu Sabunçu Tibb Mərkəzinə də göndərdik. Oradakı həkimlər yıxılmağını dərmanların əlavə təsiri olaraq qiymətləndirir. Başqa xəstənin üzərində heç bir xəsarət yeri yoxdur. Deyilən sözlər yanlışdır".
Şöbə müdiri onu da bildirib ki, xəstənin hazırda vəziyyəti normaldır və o, artıq xəstəxanaya gətirilərək palataya yerləşdirilib.
Ətraflı süjetdə:
Rəylər