Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Afiyəddin Cəlilovun qeyri-etik davranışları ilə "məşhurlaşan" nəvəsi insanları yenə təhlükəyə ATDI
Sosial şəbəkələrdə çəkdiyi qeyri-etik videolarla gündəmə gələn Afiyəddin Cəlilovun nəvəsi yenidən paylaşım edib.
Belə ki, onun hazırda Türkiyədə eyni hərəkətləri təkrarladığı və ətrafındakı insanları narahat etdiyi iddia olunur.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, Azərbaycan Ali Sovetinin sədr müavini, daha sonra Prezidentin müşaviri olan mərhum Afiyəddin Cəlilovun nəvəsi 2009-cu il təvəllüdlü Əli-Afiyəddin məktəblidir. O, metroda, avtobusda qeyri-adekvat hərəkətlər edərək videolarını paylaşıb. Son olaraq qadını qucağına alıb narahat etməsi ilə bağlı video paylaşandan sonra izləyicilər tərəfindən tənqid edilmiş və psixiatriya xəstəxanasına yerləşdirilmişdi.