Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Pakistanlı dərzi: "Əl işlərimin azad olunan torpaqlara çatdığını eşidəndə sevincimdən ağladım"
Vətən müharibəsində Qarabağ uğrunda ön cəbhədə döyüşən, canını qurban verən igidlərimizlə yanaşı, arxa cəbhədə də hər kəs öz əməyini, birliyini göstərdi.
Həmin günlərdə Pakistandan olan dərzi Asim də müxtəlif ölçülərdə Azərbaycan bayrağını tikərək cəbhəyə göndərirdi.
42 yaşlı Asim Əli Pakistanın Lahor şəhərində dünyaya gəlib. 2005-ci ildə dostları ilə birlikdə Azərbaycana gələn Asim bir müddət ölkəmizdə yaşamağa qərar verib, bir neçə il sonra burada ailə həyatı qurub və dərzilik fəaliyyətini Astarada davam etdirib.
"Müharibə başlayan vaxt bayraq çatışmazlığı var idi. Qonşudakı uşaqlar dedilər ki, parça alıb, özümüz tikək. İki-üç bayraq tikəndən sonra insanlar parça gətirirdilər ki, onlar üçün də hazırlayım. Beləliklə, gün ərzində 30-40 bayraq tikməyə başladım. Əl işlərimin azad olunan torpaqlara çatdığını eşidəndə sevincimdən ağladım. Hazırda da bayraq sifarişləri gələndə təmənnasız işimi görürəm. Bunu özümə borc bilirəm", - o söyləyib.
Pakistanlı dərzi Azərbaycanın Zəfərinə çox sevindiyini deyib:
"Zəfər xəbəri məni çox sevindirdi. Eşidən kimi işimi buraxıb qonşularımın yanına qaçdım ki, onlara da xəbər verim".
Daha ətraflı Baku TV-nin süjetində:
"9 Noyabr - Dövlət Bayrağı Günü" teqi üzrə xəbərlər
- Peter Mixalko Azərbaycanı təbrik etdi
- Şuşa teleqülləsinə bayrağımızı asan döyüşçü: "Çox həyəcan keçirirdim"
- Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib
- İsrail səfirliyi Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik edib
- Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı BƏYANAT YAYIB
Rəylər