Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İtkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları ötən ay aşkarlanıb
"Cari ilin sentyabr ayında Dövlət Komissiyasına və BQXK-ya məlum olan koordinatlar üzrə Ağdərə rayonu Sırxavənd kəndi ərazisində aparılmış işlər nəticəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş 15-ə yaxın şəxsə aid sümük qalıqları aşkarlanıb".
"Report" xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev "İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun dəstəklənməsi" mövzusunda beynəlxalq konfransda çıxışında deyib.
O bildirib ki, həmin ərazilərdə qazıntı və ekshumasiya işləri davam etdirilir:
"İlkin baxışa və təhlilə əsasən, həmin ərazilərdə bir neçə kütləvi məzarlığın aşkarlanması ehtimalı böyükdür".
"Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası" teqi üzrə xəbərlər
- I Qarabağ müharibəsində itkin düşən, ancaq qeydiyyatdan kənarda qalan şəxslərin ailələrinə MÜRACİƏT
- Xarici qonaqlar Sırxavənd kəndində aşkarlanmış kütləvi məzarlığa baxış keçiriblər
- Azərbaycan Prezidenti: "Müharibə cinayətləri törətmiş şəxslər Ermənistanda qəhrəmanlaşdırılıblar"
- İlham Əliyev: "İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır"
- Dövlət Komissiyası: "Qarabağda bir neçə kütləvi məzarlıq məqsədyönlü şəkildə məhv edilib"
Rəylər