Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Ömər aşırımına güclü qar yağıb
Toğanalı-Kəlbəcər avtomobil yolunun Murovdağ silsiləsindən keçən hissəsinin Ömər aşırımı adlanan ərazisi ağ örpəyə bürünüb.
APA-nın məlumatına görə, ötən gündən qərb bölgəsində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti temperaturun aşağı düşməsinə səbəb olub.
Gecədən başlayaraq Ömər aşırımına qar yağıb. Yağan qarın hündürlüyü 15-20 santimetrə çatır.
Qeyd edək ki, Ömər aşırımı Kiçik Qafqazın Murov silsiləsində yerləşən, Azərbaycanın Kəlbəcər rayonunu Göygöllə birləşdirən mühüm dağ keçididir. Aşırım dəniz səviyyəsindən 3260 metr hündürlükdə yerləşir.
"Qeyri-sabit hava şəraiti" teqi üzrə xəbərlər
- Güclü külək, şimşək, leysan: Qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə MÜRACİƏT
- Lənkəranda Veravulçay daşıb: Torpaq yuyulub, təsərrüfatlara ziyan dəyib
- Evlər hansı standartlara uyğun tikilməlidir?
- İki nəfərin ölümünə səbəb olan tuneli kim tikmişdi?
- Bakıda aramsız yağışlar bəzi sürücülərin dövlət nömrə nişanlarını itirməsinə səbəb olub
Ən çox oxunanlar
Rəylər