Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Novxanıda restoranda 500 manatlıq yeyib-içib, qaçdılar
Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən restoranlardan birində maraqlı hadisə yaşanıb.
Bu barədə məlumat Baku.ws-in qaynar xəttinə daxil olub.
Bildirilib ki, dörd nəfərdən ibarət qrup 500 manatlıq hesabı ödəmədən restorandan çıxıb.
Hadisə barədə bəzi kadrlar restoranın təhlükəsizlik kameralarına düşüb.
Məlumata görə, həmin şəxslər yalnız hesabı ödəməməklə kifayətlənməyiblar, həmçinin ofisiant vasitəsilə 80 manatlıq spirtli içki də aldırıblar.
Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hazırda ərazi üzrə polis orqanında araşdırma aparılır.
"Xuliqanlıq əməli" teqi üzrə xəbərlər
- Xuliqanlıqda ittiham olunan milyonçu həbsdə qaldı
- Vəzifəli şəxslər arasında mübahisə - Protokol tərtib edildi
- Rüsvayçı GÖRÜNTÜLƏR: Qızı döyüb alçaldaraq üzr istəməsini tələb etdilər
- Sosial şəbəkədə qızının adına saxta profil açanı döyən şəxslə bağlı qərar ləğv edildi
- İsmayıllıda vəzifəli şəxsi yerə yıxan gənc həbs edildi