Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Nəsimi rayonunda avtomobillərin parklanmasının qarşısını alan maneə aradan GÖTÜRÜLDÜ
Vətəndaşlar Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 4A ünvanında avtomobillərin dayanmasının qarşısını almaq üçün ərazinin müəyyən qisminin zəncirlənməsindən narazıdırlar.
Onlar bildiriblər ki, avtomobilləri ilə sözügedən əraziyə daxil olanda yerlər boş olsa da, zəncirlənmədən dolayı maşın saxlaya bilmirlər.
Mövzu ilə bağlı Oxu.Az Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinə sorğu ünvanlayıb.
Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Nizami Mayılov sorğumuza cavab olaraq bildirib ki, sözügedən ərazidə maşınların saxlanmasının qarşısını alan zəncir və digər maneələr aradan qaldırılıb:
"Binaların qarşısının primitiv formada, kortəbii şəkildə zəncir və digər maneələrlə zəbt olunması mərkəzi küçə və prospektlərdə avtomobillərin qanunsuz parklanması ilə bağlı tətbiq olunan cərimələrdən qaynaqlanır. Sürücülər cərimələnməmək üçün maşınlarını binaların həyətlərinə salırlar, bu da bina sakinlərinin narazılığına səbəb olur. Zəncir və dirəklərin basdırılması ilə həmin avtomobillərin qeyri-qanuni park edilməsinin qarşısını almaq istəyirlər. Məsələ bundan ibarətdir. Biz də gücümüz çatan qədər həmin problemlərin aradan qaldırılmasını təmin etmək üçün çalışırıq. Qeyd edim ki, hazırda sözügedən ərazidə zəncir və dirəklər aradan götürülüb".
Aygün Mirakif
"Sakin şikayəti" teqi üzrə xəbərlər
- Qəzalı vəziyyətdə olan binanın sakinləri həyatlarına görə NARAHATDIRLAR
- Nizami rayonundakı uşaq bağçasına istilik verilməməsinin SƏBƏBİ AÇIQLANDI
- AzTU-da 3 aydır tələbə təqaüdləri verilmir? - Universitet aydınlıq gətirdi
- Elektrikdoldurma məntəqələrində PARKİNQ HAQQI tələb olunur?
- Respublika Klinik Xəstəxanası "köçdü", xəstələr Bilgəh-Bakı yolunda qaldılar?
Rəylər