Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nərimanov rayonunda Əhmədbəy Ağaoğlu küçəsi təmir olunub
Nərimanov rayonu, Əhmədbəy Ağaoğlu küçəsi (Təbriz küçəsi ilə kəsişmədən Fətəli xan Xoyski prospektinədək) təmir olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Məlumata görə, təmir işlərinin aparıldığı küçənin uzunluğu 1510 metr, ortalama eni isə 17 metr təşkil edib.
Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə yararsız səki daşlarının yenilənməsi işləri aparılıb. Ardınca lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunub.
"İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən sonda küçə boyu yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunaraq, küçə müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.
"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)" teqi üzrə xəbərlər
- Yeddi yaşayış məntəqəsini birləşdirən yolda təmir işləri yekunlaşdı
- Kəlbəcər şəhərinin daxili yollarının tikintisi davam edir
- Azərbaycanda ödənişli yoldan istifadə üçün xüsusi kartların satışına başlanılır
- Quba-Xınalıq yolunda yeni körpünün inşasına başlanıldı
- Tərtər-Ağdərə avtomobil yolunun inşasına BAŞLANILIB
Rəylər