Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Narkotik aludəçiləri Nərimanovda binaların bloklarını ZƏBT EDİBLƏR
Bakının Nərimanov rayonunda narkotik vasitələrdən istifadə edən şəxslərin binaların bloklarına daxil olması sakinləri ciddi narahat edir.
Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülər vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.
Nazirliyin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Oxu.Az-a açıqlamasında bildirdi ki, qeyd olunan ünvanda narkotik vasitə aludəçilərinin toplaşması ilə bağlı daxil olan məlumatlar əsasında ərazi bir müddət əvvəl tam nəzarətə götürülüb.
"Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə orada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, həmçinin istifadə edən yeddi nəfər müəyyən olunaraq barələrində məsuliyyət tədbiri tətbiq olunub.
Həmçinin əraziyə tüfeyli həyat tərzi keçirən şəxslərin toplaşmaması və ətrafdakı sakinlərin narahatlığına səbəb olmaması üçün dəfələrlə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilib.
Əraziyə əlavə naryad qrupları cəlb olunmaqla nəzarət tədbirləri davam etdirilir",- deyə İ.Əmiraslanlı vurğulayıb.
Əzizə İsmayılova
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda ara məsafəsini gözləməyən sürücülərin törətdiyi qəzaların ANBAAN GÖRÜNTÜLƏRİ
- DYP-dən küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına MÜRACİƏT
- AYNA: "COP29-un doqquz günü ərzində 378 minə yaxın sərnişin daşınıb"
- Bu ilin 10 ayında avtomobil qəzalarında ölən velosipedçilərin sayı AÇIQLANDI
- YENİ DƏLƏDUZLUQ: Smartfonlara toy dəvətnamələri göndərərək, vətəndaşları ALDADIRLAR