Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
MM üzvü: "2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq"
"2026-ci ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq".
"Report" xəbər verir ki, bunu Milli Məclisin üzvü Vüqar Bayramov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr" mövzusunda dəyirmi masada deyib.
O qeyd edib ki, 2025-ci ildə Böyük Qayıdış prosesi çox aktiv şəkildə həyata keçiriləcək.
"Bu səbəbdən ərazilərin minalardan təmizlənməsi çox vacib məsələdir. Azərbaycan ərazilərində 1.5 milyona yaxın mina basdırılıb. Təkcə mənim Milli Məclisdə təmsil etdiyim Füzuli rayonunda minaların sayı 80 minə yaxındır.
Bu problem əhalinin həyatı, yaşayışı üçün ciddi təhlükədir", - deputat bildirib.
"Vüqar Bayramov" teqi üzrə xəbərlər
- ƏDV-nin 50%-i kimlərə qaytarılacaq? - Mədəniyyət sektorunda yeni güzəştlər
- Sosial yardım nə qədər artırılacaq? - KONKRET RƏQƏMLƏR
- "41 milyardlıq büdcədə 187 milyonluq fərq o qədər də böyük deyil" - Nazirdən deputata CAVAB
- Milli Məclisin deputatından minimum pensiya məbləği ilə bağlı AÇIQLAMA
- Deputat: "Azərbaycanın "petrostate" adlandırılması məhz ikili yanaşmanın təzahürüdür"
Rəylər