Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MİDA Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakıda yeni sosial mənzillərin tikintisinə başlayır.
Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq agentlikdən bildirilib.
Qeyd olunub ki, yeni yaşayış kompleksi Suraxanı rayonu, Hövsan qəsəbəsinin qərb hissəsində, 5,83 ha torpaq sahəsində inşa ediləcək.
Agentlik artıq yeni yaşayış kompleksinin tikintisi ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması ilə bağlı hazırlıqlara başlayıb.
Eyni zamanda, Abşeron rayonunun Saray qəsəbəsində də 4,5 ha torpaq sahəsində yeni sosial mənzillərin tikintisi nəzərdə tutulub. MİDA bu yeni yaşayış kompleksinin inşası ilə əlaqədar şəhərsalma əsaslandırılması, tikinti layihəsinin hazırlanması və müəllif nəzarətinin aparılması işlərinə start verib.
Xatırladaq ki, MİDA-nın bundan əvvəl ölkə üzrə tamamlanan layihələrindən ikisi Hövsanda yerləşir. Hazırda inşası nəzərdə tutulan layihə Hövsanda üçüncü yaşayış kompleksi olacaq.
"Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA)" teqi üzrə xəbərlər
- Güzəştli mənzil sahibi olmaq istəyənlərin NƏZƏRİNƏ: İki şəhərdə satış başlayır
- MİDA Sumqayıt və Lənkəranda güzəştli mənzilləri satışa çıxaracaq
- 60 saniyədə əsas xəbərlər: 09.07.2024-ün ən mühüm hadisələri
- Paytaxtda avtomobillər üçün "hovuz": Yaşayış kompleksinin həyəti su ilə doldu
- MİDA yeni yaşayış kompleksi tikəcək: Ünvan açıqlandı
Rəylər