Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Üzərinə ağac aşan kişi bir saat sonra vəfat etdi
Avqustun 3-ü saat 12:55-də 1988-ci il təvəllüdlü, Oğuz rayonu Tayıflı kənd sakini (kişi cinsli) üzərinə ağac aşması səbəbi ilə huşsuz vəziyyətdə Oğuz Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya Şöbəsinə çatdırılıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
Qeyd olunub ki, xəstəyə yuxarı baş-beyin nahiyəsinin zərbəsi diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin bütün səylərinə və edilən lazımi tibbi müdaxilələrə baxmayaraq, o, saat 14:10-da vəfat edib.
Oğuz rayonunun Tayıflı kəndində üstünə ağac aşması səbəbindən ağır xəsarət alan şəxs vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Fuad Bayramovun həyatını qurtarmaq mümkün olmayıb.
Əzizə İsmayılova
Oğuz rayonunun Tayıflı kəndində bədbəxt hadisə baş verib.
Oxu.Az-ın məlumatına görə, 1988-ci il təvəllüdlü Fuad Valeh oğlu Bayramov meşədə gəzintiyə çıxarkən üzərinə nəhəng ağac aşıb.
Ağır xəsarətlər alan 36 yaşlı kişi dərhal Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Rəylər