Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Afət Fərmanqızı Flora Kərimova ilə məhkəmə qarşılaşmasından danışdı
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev tərəfləri dəfələrlə barışığa dəvət edib.
Afət Fərmanqızı ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.
Məsələ ilə bağlı Bizim.Media-nın əməkdaşı Afət Fərmanqızı ilə əlaqə saxlayıb.
Müğənni baş tutan məhkəmə prosesi ilə bağlı bunları söyləyib:
"Əlbəttə ki, qanun qarşısında boynumuz qıldan incədir. Məhkəmə nə qərar çıxaracaqsa, biz də ona əməl edəcəyik. Amma mən artıq bu haqda danışmamaq qərarına gəlmişəm. Çünki açıqlama verirəm, onu başqa cür yazıb, dərc edirlər. Bu isə məsələni daha da çətinliyə salır".
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edir.
Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə hakim Abbas Rzayev dəfələrlə tərəfləri barışığa dəvət edib. Onların cəmiyyətdə tanınan və nüfuzlu şəxslər olmasını, bu cür mübahisələrin başucalığı gətirmədiyi diqqətə çatdırılıb.
Afət Fərmanqızı isə ifadə verərək, barışığa hazır olduğunu desə də, Flora Kərimova barışmaq niyyətində olmadığını açıqlayıb.
A.Fərmanqızı məsələni məhkəmə zalından kənarda aydınlaşdırmağa hazır olduğunu bildirib. Bundan sonra hakim proses iştirakçılarını zaldan çıxarıb, hər iki şəxsə təklikdə danışaraq, barışmağı təklif edib.
Lakin Flora Kərimova yenə də israrla barışmaq istəmədiyini vurğulayıb.
Bundan sonra proses iyunun 14-dək təxirə salınıb.
Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib.