Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Maştağada daş karxanasına gedən yüksək gərginlikli işıq dirəyi sakinləri narahat edir
Maştağa qəsəbə sakini Yusif Ələkbərov yaşadığı həyətyanı sahəsinin üzərindən yüksək gərginlikli elektrik xətlərinin keçməsindən şikayətçidir.
Bununla bağlı sakin Oxu.Az-a şikayət ünvanlayıb.
Şikayətçi qeyd edib ki, həyati təhlükə yaradan yüksək gərginlikli elektrik xətləri Nardaran qəsəbəsində yerləşən "Mayak" daş karxanasına gedir.
"Yüksək gərginlikli elektrik xətlərinin həyətyanı sahədən çıxarılmasını dəfələrlə daş karxanasının sahibindən xahiş etmişəm, "Azərişıq" ASC-yə və daş karxanası sahibinin oğluna bu barədə demişəm, amma nə sahibkar nə də "Azərışıq" ASC əhəmiyyət verməyib", - deyə Y.Ələkbərov qeyd edib.
Şikayətlə bağlı "Azərişıq" ASC-yə sorğu ünvanladıq.
Qurumun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşdan daxil olan şikayət yerində araşdırılıb.
"Vətəndaş dirəyin yerinin dəyişdirilməsini istəyir. Bunun üçün isə o, Asan Kommunala müraciət etməlidir".
Əzizə İsmayılova
Rəylər