Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Magistraturaya qəbul imtahanının nəticələri elan olundu
Dövlət İmtahan Mərkəzi (DİM) 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələrini Mərkəzin internet saytında yerləşdirib
Oxu.Az xəbər verir ki, bu barədə DİM-dən məlumat verilib.
Bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar ("Azercell", "Bakcell", "Nar", "Naxtel") vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Qəbul olunanların siyahısı sabah günün birinci yarısında "Magistr" jurnalının beşinci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 660 bakalavrdan 13 494 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 5 996 nəfər dövlət sifarişi, 7 488 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 9694 nəfər ali təhsil müəssisələrinin cari, 3 790 nəfər isə əvvəlki illərin məzunudur.
Magistraturaya qəbul olmuş şəxslər 9 - 18 iyul tarixlərində https://portal.edu.az/ platformasında qeydiyyatdan keçərək yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlərdən "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalanların qeydiyyatı"nı seçməlidirlər.
Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
- Dövlət qulluğuna qəbul imtahanında 101 namizəd uğur qazanıb
- "Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"
Rəylər