Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sürücülər saatlardır yolun açılmasını gözləyirlər - Hadisə yerindən görüntülər
"Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacda uçma hadisəsi baş verib. Proses üç gün bundan əvvəl başlayıb, bu gün son mərhələsi baş verib".
Bunu APA-ya açıqlamasında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev bildirib.
"Səhər saatlarında tərəfimizdən əraziyə baxış keçirilib, araşdırmalar aparılıb. Göründüyü kimi yamacın üst hissəsində, helikopter meydançasının arxasında asılı karniz struktur süxur kütləsi qopub 50 sm yerini dəyişmiş və stabil vəziyyətdə qalmışdı.
Lakin yol infrastrukturuna təhlükə törədə biləcəyi nəzərə alınaraq müvafiq qurumlar tərəfindən bu süxur kütləsinin ləğv edilməsi istiqamətində işlər aparılır, hazırda da bu işlər davam etdirilir və bu süxur kütləsinin daşınması həyata keçirilir.
Yol infrastrukturunda heç bir problem olmayıb, nəqliyyatın hərəkətinə maneə yaranmayıb", - deyə o qeyd edib.
Bakıda kənar dairəvi yolda torpaq uçqunu zamanı avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Artıq iki saatdan çoxdur ki, sürücülər ərazidə yolun açılmasını gözləyirlər.
Vətəndaşlar bildiriblər ki, hər gün istifadə etdikləri yolda təhlükə hər zaman olub.
Belə ki, bir neçə ay öncə də eyni hal təkrarlanıb.
Hazırda isə aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunublar.
Ətraflı Baku TV-nin süjetində:
Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub.
Oxu.Az xəbər verir ki, nəticədə axşam saatlarında nəqliyyatın hərəkəti çətinləşib.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar havaların yağıntılı keçməsi ilə əlaqədar sözügedən ərazidə iri qaya parçalarının sürüşməsi müşahidə olunub:
"Hadisə bu gün saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Ərazidə dislokasiya üzrə xidmət aparan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda yolda təhlükənin aradan qaldırılması üçün işlər gedir".
M.Ağayev onu da vurğulayıb ki, Dövlət Yol Polisinin əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Hazırda hər hansı bir təhlükə gözlənilmir.
Əzizə İsmayılova
Rəylər