Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Kürdə suyun səviyyəsi azalmağa başlayıb
"Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb".
Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Vurğulanıb ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 589 sm təşkil edir.
Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı. Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmışdı.