Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Kolleclərə qəbul nəticələri elan edilib
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələri üzrə qeydiyyatı onlayn qaydada - portal.edu.az platforması vasitəsilə aparılacaq. Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan
abituriyentlərin sayı haqqında ümumi məlumat
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr üzrə cəmi | faizi | ||
Dövlət ödənişsiz | 4572 | 4317 | 182 | 4499 | 98.40 |
Dövlət ödənişli | 5958 | 5510 | 166 | 5676 | 95.27 |
Özəl | 400 | 375 | 25 | 400 | 100.00 |
Cəmi | 10930 | 10202 | 373 | 10575 | 96.75 |
Xüsusi qabiliyyət tələb edən və etməyən ixtisaslar üzrə qəbul olunan
abituriyentlərin sayı haqqında məlumat
Təhsil forması | Qəbul planı | Qəbul olunub | Qəbulolma | ||
Azərbaycan bölməsi | Rus | Bölmələr üzrə cəmi | faizi | ||
Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar | 9333 | 8998 | 291 | 9289 | 99.53 |
Xüsusi qabiliyyət tələb edən ixtisaslar | 1597 | 1204 | 82 | 1286 | 80.53 |
Cəmi | 10930 | 10202 | 373 | 10575 | 96.75 |
Abituriyentlər 2024-cü il 12 - 20 avqust tarixlərində elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçmək lazımdır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- Abituriyentlərin imtahanda ingilis dili fənnindən daha yüksək nəticə göstərməsinin səbəbi nədir?
- Gələn ilin buraxılış imtahanlarında yenilik olacaq - Detallar AÇIQLANDI
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
Rəylər