Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kəlbəcərə ilk dəfə infotur təşkil edildi
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə heykəltaraş və rəssamlardan ibarət yaradıcı qrup üçün Kəlbəcər rayonu ərazisinə ilk dəfə infotur təşkil edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə rayonda aparılan bərpa-quruculuq işləri, yerli əhalinin doğma yurda geri qayıdışa hazırlanması ilə bağlı həyata keçirilən tədbirlər haqqında infotur iştirakçılarına ətraflı məlumat verilib.
İncəsənət ustalarına Kəlbəcərin təbiəti ilə yerində tanış olmaq, buradakı əsrarəngiz mənzərələri əyani şəkildə görmək imlanı yaradılıb. Onlar həmçinin bu ərazilərdə ermənilərin törətdikləri vəhşiliklərin izlərini, dağıdılıb talan edilmiş yurd yerlərimizi müşahidə edib, hazırda təsərrüfat məqsədləri üçün rayon ərazisində gəlmiş yerli sakinlərlə həmsöhbət olublar. Fırça və tişə ustaları təbiət mənzərələrini birbaşa naturadan çəkmək fürsətindən də yararlanıb, kağız və kətan üzərində cizgilər işləyib, foto-video çəkilişlər aparıblar.
Yaradıcı qrupun üzvləri səfər çərçivəsində Kəlbəcər şəhərini, qədim alban məbədi Xudavəng monastrını ziyarət edib, Sərsəng su anbarının yerləşdiyi ərazidə olublar. Onlar səfərin məhsuldar və faydalı olduğunu qeyd ediblər.
Xatırladaq ki, "Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın Tədbirlər Planının 3.1.2-ci bəndinin icrası çərçivəsində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi müxtəlif yaradıcı peşə sahiblərindən ibarət qrupların iştirakı ilə Qarabağa və Şərqi Zəngəzura infoturları təşkil edir.
"Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Qarabağın baş tacında fləş-mob: Uşaqlar Şuşanı "canlandırdılar"
- Orxan Fikrətoğlu: "Böyük Qayıdış ona görə önəmlidir ki…"
- Suqovuşanda minaya düşən şəxs: "Harada ki bayraqlar asılıb, xətt çəkilib, oraya qəti girməyin"
- Gənc məşqçi: "Laçında futbolu inkişaf etdirəcəyik"
- Qarabağda və Şərqi Zəngəzurda təqaüd proqramları icra ediləcək