Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Keçmiş deputat vergi borcuna görə məhkəməyə verildi
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi vergi borcu olduğu üçün hazırda həbsdə olan Nazim Hüseyn oğlu Bəydəmirlini məhkəməyə verib.
"Unikal"ın əldə etdiyi məlumata görə, sahibkarın məhkəmə işini Bakı Kommersiya Məhkəməsinin hakimi Nərmin Əhmədova araşdıracaq.
Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi Nazim Bəydəmirlinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar çıxarılmasını istəyib.
Xatırladaq ki, Nazim Bəydəmirlinin Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi davam edir.
Rəylər