Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Keçən il etik qaydaları pozan 300-dən çox dövlət qulluqçusu cəzalandırıldı
Keçən il "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun müddəalarının tələblərini pozan 341 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib.
"Report" xəbər verir ki, bu barədə dövlət qulluqçularının etik davranış qaydaları haqqında 2023-cü il üzrə hesabatda bildirilib.
Qeyd olunub ki, həmin intizam tənbeh tədbirlərindən 162-si mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 179-u isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında tətbiq edilən 341 intizam tənbeh tədbirindən 297-si töhmət, 14-ü dövlət qulluğundan azad edilmə, 10-u vəzifə maaşının azaldılması, 6-sı ixtisas dərəcəsinin bir pillə aşağı salınması olub. 14 intizam tənbeh tədbirinin növü qeyd edilməyib.
"Dövlət qulluqçuları" teqi üzrə xəbərlər
- Rusiyada rəqəmsallaşmanın ilk qurbanları: Dövlət qulluqçularının kütləvi ixtisarına qərar verildi
- Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
- Dövlət qulluqçularının maaşındakı artım orta aylıq əməkhaqqıdakı artımdan niyə geri qalır?
- Bir sıra dövlət qulluqçuları orden, medal və fəxri adlarla təltif olunurlar
- Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ: Yeni qayda tətbiq ediləcək
Rəylər