Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət qulluqçusu olmaq istəyənlərin NƏZƏRİNƏ
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 2024-cü il iyunun 30-da dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.
DİM-dən Oxu.Az-a verilən xəbərə görə, imtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır və 3 saat davam edir.
Saat 09:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar.
"İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
şəxsiyyəti təsdiq edən sənədin əsli;
"İmtahana buraxılış vərəqəsi".
İmtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb", - qurumun məlumatında qeyd edilir.
"Dövlət İmtahan Mərkəzi (DİM)" teqi üzrə xəbərlər
- DİM-dən magistraturaya qəbul olmaq istəyən əvvəlki illərin məzunlarına ÇAĞIRIŞ
- DİM ədliyyə orqanlarına qəbulla bağlı namizədlərə müraciət edib
- Bakıda imtahan vermək "həvəskarı" olan üç nəfər qiymət əvəzinə cəza aldı
- Dövlət qulluğuna qəbul imtahanında 101 namizəd uğur qazanıb
- "Təcrübəsiz" universitetlər, iynə vura bilməyən həkimlər: "Kaş bu ixtisası oxumazdım"
Rəylər