Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İv Buvi: "Beynəlxalq birlik Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək etmir"
"Beynəlxalq birliyin Azərbaycana minatəmizləmə işində kifayət qədər kömək göstərməməsi təəssüf doğurur".
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə Böyük Britaniyanın "Piki Reels" səyyah klubunun rəhbəri İv Buvi məlumat verib.
İ.Buvinin sözlərinə görə, bu onun Azərbaycana üçüncü səfəridir və bu səfər zamanı o, Qarabağ regionunda aparılan tikinti işlərinin effektiv nəticələrini öz gözləri ilə görə bilib.
"İlk səfərimlə müqayisədə Qarabağda əldə edilən irəliləyişdən heyrətləndim. Xüsusilə, bu qısa müddətdə aparılan tikinti işləri müsbət təsir bağışlayır", - deyə o qeyd edib.
Klub rəhbəri əlavə edib ki, üçüncü dəfədir minatəmizləmə prosesində iştirak edir:
"Azərbaycan ərazilərin minalardan təmizlənməsi üçün böyük səylər göstərir. Bilirəm ki, bu çətin məsələdir. Bu gün bizə dedilər ki, ermənilər burada təxminən bir milyon yarım mina basdırıblar və mən bu rəqəmlərdən, həqiqətən, şoka düşdüm".
"Qarabağ" teqi üzrə xəbərlər
- "Kurtlar Vadisi"nin məşhur aktyoru: "Qarabağla bağlı film çəkəcəyik"
- Türkiyəli fermerdən Azərbaycanın Zəfər Günü ilə bağlı maraqlı addım
- Böyük Britaniyalı səyyah: "Azərbaycanda tarixi abidələrə həssas yanaşırlar"
- Səyyah: "Qarabağda tarixi və müasir memarlıq ahəngdar şəkildə birləşir"
- Britaniya Səyyah Klubunun rəhbəri: "Qarabağa səfər etmək fürsətinə görə Azərbaycana minnətdarıq"
Rəylər