Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İlin sonunadək bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsi keçiriləcək
"İlin sonunadək uşaq bağçalarında çalışan tərbiyəçi müəllimlər üçün diaqnostika imtahanlarının keçirilməsi nəzərdə tutulur".
"Report" xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.
Nazir bildirib ki, məqsəd həmin şəxslərin biliyinin qiymətləndirilməsidir:
"Sertifikasiya imtahanlarından fərqli olaraq burada hər hansı işçinin əmək müqaviləsinə xitam verilməsi məsələsi olmayacaq. Sadəcə imtahan nəticəsində hər hansı qərarların verilməsinə şərait yaranacaq. Eləcə də hansı tərbiyəçi müəllimlərin təlimə ehtiyacı olduğunu
başa düşəcəyik, həmçinin onların peşəkar inkişaf proqramlarını hazırlamaq məqsədimiz var".
"Müəllimlərin sertifikasiyası" teqi üzrə xəbərlər
- Təhsil eksperti: "Müəllimlərin əməkhaqqından vergi tutulmamalıdır"
- Bu xəbərləri qaçırmayın: 05.11.2024-ün ən mühüm hadisələri
- Müəllimlərin maaşına hansı hallarda əlavələr edilir?
- Müəllimlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinin vaxtı açıqlandı
- Xarici dil müəllimlərinin sertifikatlaşdırma nəticələri niyə aşağıdır?
Rəylər