Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
IDEA "Sevincini bölüş" kampaniyası çərçivəsində uşaqlar üçün növbəti aksiya keçirib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Sevincini bölüş" kampaniyası çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti aksiya keçirilib. IDEA-nın təşəbbüsü ilə şəhərin müxtəlif yerlərində qoyulmuş oyuncaq ianə qutularından toplanan istifadəyə yararlı oyuncaqlar həssas qruplardan olan uşaqlara mütəmadi olaraq təqdim edilir.
1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təşkil olunan aksiya çərçivəsində sözügedən qutulara toplanılan oyuncaqlardan ibarət 61 hədiyyə qutusu "Ümid yeri" uşaq sığınacağının azyaşlı sakinlərinə paylanılıb.
IDEA İctimai Birliyi xüsusi qayğıya ehtiyacı olan uşaqların sevincinə səbəb olan, onlara təbəssüm bəxş edən, bayram ab-havası yaradan bu təşəbbüsə dəstək verən və kampaniyanın uğurla həyata keçməsində fəal olan hər bir iştirakçıya minnətdarlığını bildirir.
Məlum olduğu kimi, IDEA İctimai Birliyi tullantıların azaldılması, təkrar istifadəsi və təkrar emalına xüsusi önəm verir, bu istiqamətdə genişmiqyaslı təbliğat və təşviqat tədbirləri, kağız və plastik tullantıların, işlənmiş batareyaların toplanaraq təkrar emala göndərilməsi, eləcə də geyim əşyalarının toplanaraq təkrar istifadəyə göndərilməsi üzrə sosial layihələr həyata keçirir.
Digər məhsullar kimi, yüksək tələbat duyulan oyuncaqların da zibilə atılması və çürüməsi ətraf mühitə zərərsiz ötüşmür. Bu, həm tullanılan məhsulların çürüməsi zamanı təbiətə buraxılan zəhərli maddə və qazlar, həm də yeni məhsulların istehsalından irəli gələn zərərlə bağlıdır.
Bu xüsusda, IDEA İctimai Birliyi şəhərimizin sakinlərini öz sevincini bölüşməyə, evlərində olan istifadəsiz, yararlı və saf qalan oyuncaqlarını tullamaq əvəzinə IDEA-nın ianə qutularına yerləşdirməklə ehtiyacı olan uşaqlara öz yardım əlini uzatmağa, eyni zamanda, həmin oyuncaqlara ikinci həyat verməklə təbiətə vurulan zərəri azaltmağa çağırır. İanə edilən oyuncaqların qutulara atılmazdan öncə təmizlənməsi, eləcə də qutulara kənar əşyaların və ya tullantıların atılmaması xahiş edilir.
Qeyd edək ki, "Sevincini bölüş" oyuncaq ianə qutuları paytaxt ərazisindəki "Dəniz Mall", "Gənclik Mall", "28 Mall", "Zefir Mall" ticarət mərkəzlərində yerləşir.
"IDEA İctimai Birliyi" teqi üzrə xəbərlər
- Leyla Əliyeva nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak etdi
- Leyla Əliyeva Bakıda əlilliyi olan şəxslərin çalışdığı inklüziv kafedən paylaşım edib
- IDEA və ICESKO arasında niyyət protokolu imzalanıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb
- Leyla Əliyeva Bakı Zooloji Parkında olub