Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İcra başçısının qardaşının faciəli ölümü ilə bağlı TƏFƏRRÜAT
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin qardaşı Habil Quliyevin faciəli ölümü ilə bağlı detallar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində fəaliyyət göstərən "Ay-min" MMC-də (kolbasa istehsal edən şirkət) qeydə alınıb.
Bildirilib ki, 1971-ci il təvəllüdlü H.Quliyev Lənkəran rayon sakini olub və həmin şirkətdə işləyib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevə ağır itki üz verib.
Modern.az saytının məlumatına görə, icra başçısının qardaşı Habil Quliyev faciəli şəkildə vəfat edib.
Mərhumu elektrik cərəyanı vurub. Hadisənin dünən baş verdiyi qeyd edilir.
Fotoda icra başçısının qardaşı Habil Quliyev
Fotoda icra başçısı Məhərrəm Quliyev
Rəylər