Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Hacıqabulda minik avtomobili TIR-a çırpıldı: Sürücü həyatını itirdi
Kürdəmir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Elvin Hacıyev "Unikal"a açıqlamasında bildirib ki, hadisə gecə saat 1 radələrində Bakı-Qazax yolunun 157-ci kilometrliyində qeydə alınıb. Belə ki, Türkiyə Respublikasına məxsus yük avtomobili (TIR) yolun hərəkət hissəsindən kənarda nəqliyyat vasitəsini saxlayaraq dincəlirmiş:
"Həmin istiqamətdə hərəkətdə olan "Mercedes C-class" markalı, 09-BV-620 dövlət qeydiyyat nişanlı avtomobil TIR-a arxadan çırpılıb.
Qəza nəticəsində "Mercedes"in sürücüsü həyatını itirib. Avtomobil isə yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, qəzanın baş verməsinə səbəb minik avtomobilinin sürücüsünün yuxulaması olub".
Hacıqabulda baş vermiş ağır yol-nəqliyyat hadisəsi zamanı sürücü ölüb.
APA-nın məlumatına görə, hadisə Hacıqabul rayonunun Padar kəndində qeydə alınıb.
Belə ki, "Mercedes" markalı avtomobil yolun kənarında dayanan TIR-a çırpılıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər