Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər
Birinci Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Gültəkin Əsgərovanın qızı və bacıları 30 ildən sonra onun şəhid olduğu yeri ziyarət ediblər.
"Xəzər" TV-də yayımlanan "Təsir dairəsi" verilişinə danışan Milli Qəhrəmanın qızı Əminə Rzayeva bildirib ki, qızına anasının adını verib:
"Anam bizə göndərdiyi son məktubunda yazmışdı ki, Şuşa alınana qədər mən buradayam. Hətta yenilsək belə".
Qeyd edək ki, Gültəkin Əsgərova Qarabağ müharibəsi başlayan zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə erməni gülləsindən yaralanan əsgərlərə yardım etməyə getmişdi. 1992-ci il mayın 8-də Şuşanın işğalından bir gün sonra Şuşanı sonuncu tərk edənlərdən biri olub.
Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edir. O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanır. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayır. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılır. Buraya yaralıları hərbçilər gətirməli idilər ki, o da əsgərləri müalicə etsin. Lakin G.Əsgərova atəş səslərinin gücləndiyini eşidir. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxır.
G.Əsgərova Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə, 1992-ci il 19 iyul saat 15:00-da şəhid olub.
Ətraflı süjetdə:
"Birinci Qarabağ müharibəsi" teqi üzrə xəbərlər
- Deputat müharibə əlillərinin pensiyasının dayandırılması məsələsinin araşdırılmasını istəyib
- Şəhid atası: "Oğlumla fəxr edirəm"
- Şuşada Birinci Qarabağ müharibəsinin şəhidi Hidayət Qarayev dəfn edilib
- Tərtərdə Birinci Qarabağ müharibəsinin şəhidi Möhübbət Mustafayev dəfn edilib
- Zaqatalada Birinci Qarabağ müharibəsinin şəhidi Ramiz Mahmudov dəfn edilib
Rəylər