Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
AQTA: "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir"
"Niasitol" orta zəhərlilik effektinə malik baytarlıq preparatı kimi Azərbaycana idxal olunur.
Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Heyvan sağlamlığı şöbəsinin müdiri, baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev deyib.
AQTA rəsmisi bildirib ki, bu preparat müxtəlif növ heyvanların müəyyən parazitlərə qarşı mübarizədə istifadə olunur:
"Preparatın hazırlanması və istifadəsi mütləq şəkildə baytarlıq mütəxəssislərinin nəzarəti altında və iştirakı ilə həyata keçirilməlidir. "Niasitol" preparatının insan üzərində istifadəsi qəti yolverilməzdir".
Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı dəqiqləşdirilməmiş dərman zəhərlənib. Onlardan biri, 2014-cü il təvəllüdlü uşağın həkiməqədər ölüm faktı qeydə alınıb.
"Niastol" adlı məhsul Dərman Vasitələrinin Dövlət Reyestrində qeydiyyatdan keçməyib və idxalına icazə verilməyib".
Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, "Niastol" adlı kimyəvi preparat baytarlıqda mal-qaranın dezinfeksiyasında istifadə edilir.
Xatırladaq ki, Göygöl rayonunun Balçılı kənd sakinləri, 1961-ci il təvəllüdlü qadın və üç azyaşlı nəvəsi dəqiqləşdirilməmiş dərman zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlardan biri, 2014-cü il təvəllüdlü A.Orucovanın həkiməqədər ölüm faktı qeydə alınıb.
İlkin məlumata görə, onlar "Niastol" adlı preparatdan zəhərləniblər.
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Azərbaycanda onkoloji tibb xidmətlərinin maliyyələşdirilməsi artırılacaq
- COP çərçivəsində "İqlim və Sağlamlıq üzrə Bakı COP Sədrliklərinin Varislik Koalisiyası" yaradılır
- Gələn il icbari tibbi sığorta haqqı 124 manata çatdırılacaq
- Yekdil qərarla Azərbaycan 2024-2026-cı illər üçün ATACH-ın həmtəsisçisi seçilib
- Natəvan Əmirova və Nigar Rüfət qanunsuz tibbi fəaliyyətlə məşğul olublar?
Rəylər