Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
"Abzas Media" işi çərçivəsində saxlanılan şəxslərin həbs müddəti uzadılıb
"Abzas media"nın baş redaktoru Sevinc Vaqifqızının həbs müddəti uzadılıb.
"Report" xəbər verir ki, qərar Bakı şəhəri Xətai Rayon Məhkəməsində hakim Sahibə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qəbul olunub.
Qərara əsasən, onun barəsində olan həbs qətimkan tədbiri daha üç ay uzadılıb.
Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabrında Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçalmalçılıq) maddəsi ilə təqsirli bilinərək həbs olunub.
"Abzas Media" işi çərçivəsində həbs edilən Hafiz Babalı və Ülvi Həsənli barəsində olan həbs qətimkan tədbiri uzadılıb.
"Report" xəbər verir ki, bu barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul edilib.
Qərara əsasən, onların həbs müddəti daha üç ay uzadılıb.
Xatırladaq ki, H.Babalı və Ü.Həsənli ötən il saxlanılıblar. Daha sonra barələrində həbs qətimkan tədbiri seçilib.
Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunurlar.
"Abzas media"nın direktoru Ülvi Həsənli və direktor müavini Sevinc Vaqifqızının cari həbsdə saxlanılma müddəti başa çatıb.
"Qafqazinfo"nun məlumatına görə, irihəcmli iş üzrə istintaq hərəkətlərinin yekunlaşması üçün 10 aylıq müddət kifayət etməyib.
Baş prokurorun birinci müavini Elçin Məmmədov istintaqın uzadılmasına icazə verilməsi üçün məhkəməyə təqdimat göndərib. Xətai Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbirinin növünün dəyişdirilmədən 3 ay artırılması istənilir.
Yaxın saatlarda növbətçi hakimin qərarı açıqlayacağı gözlənilir.
Qeyd edək ki, "Abzas media" işi üzrə ittiham olunan şəxslər qaçaqmalçılıq, vergidən yayınma, cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma və digər cinayətlərdə ittiham olunurlar.
"Qaçaqmalçılıq" teqi üzrə xəbərlər
- Bu ilin oktyabrında dəyəri üç milyon manatdan çox qaçaqmal saxlanılıb
- DSX tərəfindən götürülmüş qaçaqmalın ümumi dəyəri AÇIQLANIB
- Külli miqdarda tütün məmulatının ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
- İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda dərman keçirilməsinin qarşısı alınıb
- Ələsgər Məmmədli, Akif Qurbanov və Ruslan İzzətlinin barəsindəki həbs qətimkan tədbiri uzadılıb
Rəylər