Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Dövlət Komitəsi atasının zorakılığa məruz qoyduğu azyaşlıya və ailəsinə baş çəkib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi atası tərəfindən zorakılığa məruz qalan azyaşlıya və ailəsinə baş çəkib.
Bu barədə Oxu.Az-a komitədən məlumat verilib.
Bildirilib ki, Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloqu, sosial iş üzrə mütəxəssis və sosial pedaqoqunun iştirakı ilə zərərçəkmiş şəxsin ailəsi ilə görüşülüb.
Qeyd edilib ki, Lalə Məmmədova (şərti ad) həyat yoldaşı Elnur Eltəmas oğlu Məmmədov ilə 2017-ci ildən ailə qurublar. Onların bu nikahdan 3 qız övladı dünyaya gəlib. Zərərçəkmiş uşaqların daimi olaraq ataları tərəfindən fiziki zorakılığa məruz qaldığı haqqında məlumat verib. Dəfələrlə ayrılmaq istəsə də, valideynlər buna razılıq verməyiblər. Hazırda qadın nikahın pozulması üçün məhkəməyə müraciət edəcəyini bildirib.
Mütəxəssislər tərəfindən uşaqlarla ətraflı söhbət aparılıb, psixo-sosial dəstək göstərilib.
Komitənin Şüvəlan UADM tərəfindən uşaqların psixoloji reabilitasiyaya cəlb olunması nəzərdə tutulur.
Qeyd edək ki, Bakı şəhəri, Türkan qəsəbəsi sakini, 1983-cü il təvəllüdlü Elnur Məmmədov arvadı və qızlarına şiddət göstərib. Şiddət görən ana digər övladlarını qorumaq üçün onun hərəkətlərini əks etdirən görüntüləri lentə alıb. Həmçinin, fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. E.Məmmədov polis tərəfindən saxlanılıb.
Mövzuya aid xəbərlər
- Ərinin azyaşlı qızına şiddət göstərməsinin görüntülərini çəkən ana DANIŞDI - VİDEO
- Bakıda arvadına və qızına şiddət göstərən şəxsin cəzası nə olacaq? - FOTO/VİDEO
- Atası tərəfindən döyülən azyaşlı qızın babası DANIŞDI: “Məni zorla maşına oturtmaq istədilər” - VİDEO
- Arvadı və qızlarına şiddət göstərən şəxs bir müddət əvvəl qayınatasını da xəstəxanalıq edib - İDDİA
Rəylər