Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
DİQQƏT: Paytaxtın bir küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində ("Qurd qapısı" dairəsindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi qarşısındakı dairəyədək ) aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Sözügedən hissədə hərəkətin qismən məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
Rəylər