Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: "Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər"
"Qohum evliliklərini qadağan etmək beynəlxalq hüquq səviyyəsində problemlər yarada bilər".
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iyunun 11-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Ailə Məcəlləsinə qohum evlilikləri ilə dəyişiklik əmi və bibi uşaqlarının evlənməsini qadağan edirsə, burada dini məsələlər, milli dəyərlərimiz və insanların hüquq və azadlıqları iki qütbə ayrılır:
"Bu cür evlilikləri qadağan etmək bəlkə də beynəlxalq hüquq səviyyəsində suallar, problemlər yarada bilər. Düşünürəm ki, bu məsələdə insanları maarifləndirməklə prosesə mane ola bilərik. Əks təqdirdə, bu fikrə qarşı gələnlərin, alternativ yollar axtaranların sayı artacaq".
"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi" teqi üzrə xəbərlər
- Bahar Muradova: "Azərbaycan ətraf mühitin qorunmasına dair zəruri qanunvericilik bazası hazırlayıb"
- Bahar Muradova: "Qadınlar üçün həssas gender tədbirləri həyata keçirmək prioritetlərdən biridir"
- Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb - RƏSMİ
- Naxçıvanda erkən nikaha növbəti cəhdin qarşısı alındı
- Uşaqlara qarşı cinayətlər: Cəzalar sərtləşdirilməlidir? - "Kaspi"nin şərhi