Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
"Danışaq?" verilişinin yeni buraxılışı: Dəb, stil, şəxsi həyat və ya qadınlar nə istəyir?
Tanınmış jurnalist Həmid Həmidov "Danışaq?" verilişinin yeni buraxılışını təqdim edib.
Aparıcının həmkarları - məşhur jurnalistlər Seymur Zəkəryəyev və Feliks Vişnevetski yenidən verilişdə iştirak ediblər. Podkastın qonağı isə məşhur bərbər və stilist Fuad Hacıyev olub.
Söhbət iştirakçıları Fuadın niyə özünü stilist hesab etməməsinin, "Avroviziya"da sənətçilərimizin, eləcə də ulduz müştərilərin obrazlarından, Azərbaycanın ən dəbli kişi və qadın müğənnisinin kim olmasından danışıblar.
Fuad Hacıyev şəxsi həyatından da danışıb, hansı qadınları sevdiyini qeyd edib və Azərbaycanda kişi modeli olmağın necə bir şey olduğunu səmimi şəkildə cavablandırıb.
Söhbət zamanı üslub və zövq mövzularına toxunulub.
F.Hacıyev nə üçün matriarxatı patriarxatdan üstün hesab etdiyini bölüşüb, bu gün qadınlarımızın nə istədiyi sualına cavab verib, bu yay hansı saç düzümlərinin dəbdə olduğunu, həmçinin hansı saç düzümü və rəngləmənin heç vaxt dəbdən düşməyəcəyini qeyd edib.
"Həmid Həmidovla “Danışaq?”" teqi üzrə xəbərlər
- Həmid Həmidovla "Danışaq?": Əlixan Rəcəbov kino və erkən nikahlar haqqında
- "Danışaq?" verilişinin budəfəki qonağı nevropatoloq və estetik tibb həkimi olub
- Həmid Həmidovla "Danışaq?" layihəsinin növbəti qonağı dünyaca məşhur caz ifaçısı Əzizə Mustafazadə
- Ulduz pasportu, qadınlar üçün "pikap": Həmid Həmidovla "Danışaq?"
- Həmid Həmidovla "Danışaq?": Kənan Əhmədov - prostatit, böyrəklərdə daşlar, adenoma haqqında