Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COP29-da 40-a yaxın təcili tibbi yardım briqadası fəaliyyət göstərəcək
"COP29 müddətində 40-a yaxın təcili tibbi yardım briqadasının fəaliyyət göstərməsi nəzərdə tutulub".
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərin suallarını cavablandıran TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov deyib.
O bildirib ki, həmin tibb heyətinin qeydiyyat prosesi yekunlaşmaq üzrədir.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin direktoru Mirələm Calalov isə bildirib ki, tədbir iştirakçılarının qaldığı qonaqlama yerlərində 24 saat tibbi xidmət mümkün olacaq:
"Bunun üçün regionlarda olan bütün resurslardan istifadə olunacaq. Qeyd edim ki, hava limanından tutmuş qonaqlama yerlərinədək, eləcə də tədbirin keçiriləcəyi bütün məkanlarda təcili tibbi yardım briqadaları olacaq".
Qeyd edək ki, COP29 bu il noyabrın 11-22-də Bakıda baş tutacaq.
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər