Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
COP29-a görə neçə xəstəxana ayrılıb?
"COP29-da iştirakla bağlı xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən Azərbaycana qrip əleyhinə peyvəndlər gətirilib".
Oxu.Az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Nadir Zeynalov "Yeni Klinika"da COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair keçirilən brifinqdə deyib.
Nazir müavini bildirib ki, COP29 tədbirləri zamanı qonaqlarda xəstəlik aşkarlanarsa, onlar profilaktik tədbir məqsədilə yoxlanışa alınacaqlar:
"Həmçinin, xaricdən gələn qonaqlardan yayıla biləcək virus səbəbindən qrip əleyhinə peyvəndlər gətirilib. Məqsəd xidmət göstərəcək vətəndaşlarımızı həm qonaqlardan yoluxa biləcək xəstəliklərdən, həm də mövsümi qriplərdən qorumaqdır. Əsas diqqət edəcəyimiz xəstəliklər meymunçiçəyi və COVID-19 viruslarıdır. Görülən tədbirlər çərçivəsində bu viruslara yoluxma hallarını xüsusi diqqətdə saxlayacağıq".
N.Zeynalov əlavə edib ki, COP29 çərçivəsində səhiyyə və qeyri-səhiyyə olaraq ümumilikdə doqquz xəstəxana ayrılıb.
Məhərrəm Əliyev
"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB)" teqi üzrə xəbərlər
- Azərbaycanın Vahid Sağlamlıq üzrə Milli Strategiya planı beynəlxalq ictimaiyyətə təqdim olunub
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Bakıda zəncirvari qəzada xəsarət alanların vəziyyəti açıqlanıb
- Müəllimin ölümünə səbəb qəbulda əsəbiləşməsi olub? - AÇIQLAMA
- Göyçayda təcili yardım maşını üç ağır xəstəni eyni vaxtda aparıb? - ŞİKAYƏT
Rəylər