Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cəlilabadda baş vermiş qəzada xəsarət alan şəxsin durumu açıqlanıb - YENİLƏNİB + FOTO/VİDEO
Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin durumu açıqlanıb.
“Report”un sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:30 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə 1950-ci il təvəllüdlü (qadın cinsli) şəxs döş qəfəsinin küt travması diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Ona zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bir nəfərin isə həkiməqədər ölüm halı qeydə alınıb.
18:44
Ələt-Astara avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Mətbuat Xidmətindən bildirilib ki, hadisə saat 15:30 radələrində Ələt-Astara magistralının 123 km-də Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində qeydə alınıb.
“Hyundai Getz” markalı minik avtomobili Astara istiqamətində hərəkətdə olarkən, eyni istiqamətdə Lənkəran rayon sakini, 1957-ci il təvəllüdlü Şamil Suli oğlu Mirzəyevə məxsus nasaz vəziyyətdə dayanan “Mercedes-Benz” markalı avtomobilə arxadan çırpılıb.
Qəza nəticəsində “Mercedes-Benz” avtomobilinin yanında dayanan sürücü Ş.Mirzəyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Rəylər