Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
BŞİH-də müşavirə: Bakıda təmir işləri ilə bağlı göstəriş verildi
Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxt rayonlarının icra hakimiyyətlərinin başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə BŞİH-in Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, müşavirədə bir sıra məsələlər, o cümlədən noyabr ayında paytaxtda keçiriləcək mötəbər beynəlxalq tədbir ərəfəsində şəhərdə aparılan əsaslı təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərinin vəziyyəti və digər məsələlər müzakirə edilib.
Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin tapşırıqlarına əsasən, son müddət ərzində şəhərdə genişmiqyaslı quruculuq-abadlıq işləri həyata keçirilir. Binaların, obyektlərin fasadları, eyvanları, dam örtükləri təmir edilir, rənglənir, istinad divarları, hasarlar qaydaya salınır, hər tərəfdə abadlıq işləri görülür, genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Xüsusi olaraq qeyd edilməlidir ki, bütün bu işlər ölkənin iqtisadi imkanları hesabına həyata keçirilir, bu da öz növbəsində ölkənin iqtisadi qüdrətinin göstəricisidir.
Müşavirədə paytaxtın rayonlarında görülən işlərin monitorinqi ilə bağlı hazırlanan videoçarx nümayiş etdirilib, işlər müzakirə edilərək mövcud nöqsanlar tənqid edilib.
Vurğulanıb ki, mühüm beynəlxalq tədbirə çox az vaxt qalıb və qalan qısa müddət ərzində təmir-quruculuqla bağlı nəzərdə tutulan bütün işlər yekunlaşdırılmalıdır.
"Bakı Şəhər İcra Hakimiyyəti" teqi üzrə xəbərlər
- Eldar Əzizov: "Bakıda qəzalı vəziyyətdə olan 1100 bina var"
- "Sabunçu tuneli"ni inşa edən şirkətdən açıqlama: "Ona qalsa, "Bağırov körpüsü"nə də su dolub"
- "Bağırov" körpüsündə yaranan subasma təhlükəsi aradan qaldırılıb - RƏSMİ
- Güclü yağışın fəsadları ilə bağlı Nazirlər Kabinetində iclas - Yekun qərarlar veriləcək
- Yağışdan sonra Bakı: Aidiyyəti qurumlar hansı tədbirləri gördüklərini açıqladılar