Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
BQXK Bakıda həbsdə olan separatçılara baş çəkib - VİDEO
“Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları yanvarın sonu və fevralın əvvəllərində Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməniəsilli şəxslərə yenidən baş çəkiblər”.
Bu barədə “Report”un sorğusuna cavab olaraq qurumdan məlumat verilib.
Bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.
Qeyd edək ki, mandatına uyğun olaraq BQXK bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK, həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir.
Xatırladaq ki, Azərbaycanın hüquq-mühafizə orqanları abtiterror tədbirlərindən sonra Qarabağda qondarma qurumun rəhbərləri olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətiriblər.
"Arayik Arutyunyan" teqi üzrə xəbərlər
- Qayıdışa haqqı çatanlar: Körpüləri yandıranlar üçün bağlanan qapı
- Ermənistan Bərdədə törətdiyi terroru araşdırmaqla sülhə töhfə verə bilər
- BMT-nin tədbirini qaralamaq cəhdləri: COP29-la Azərbaycana təzyiqlər
- Ermənistanın "boş gülləsi": Havada qalan hədələr, təsirsiz xəbərdarlıqlar
- Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb
Rəylər