Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Bölgələrdə elektromobillər üçün şarj məntəqələri niyə yaradılmır?
Son dövrlərdə elektromobillərə maraq artıb. Bakı ilə bərabər regionlarda da belə avtomobillər almaq istəyənlər kifayət qədərdir.
Xezerxeber.az-ın məlumatına görə, bölgələrdə şarj yerlərinin olmaması sürücüləri çətin vəziyyətdə qoyur.
Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində bu cür elektrikdoldurma məntəqələri cəmi bir ünvandadır. Sürücülər deyirlər ki, bu da onların elektromobil almaq həvəslərini azaldır.
Paytaxdan sonra digər iri şəhərlərdə bir ünvanda elektrikdoldurma məntəqələri olsa da, digər rayonlarda ümumiyyətlə yoxdur.
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bölgələrdə yaşayanların elektromobillərə marağını artırmaq üçün təkilif edir ki, yanacaqdoldurma məntəqələrinin sahibləri qarşısında öhdəlik qoyulsun.
Ekspert deyir ki, respublika əhəmiyyətli magistral yolların kənarındakı yanacaqdoldurma məntəqələrində və hətta yeni yaradılan ''Dayan Dincəl'' məntəqələrində də şarj cihazları qoyulmalıdır.
Ətraflı süjetdə:
"Elektromobil" teqi üzrə xəbərlər
- Soyuq hava gəldi, elektromobillərdən şikayətlər artdı
- Ölkədə sayı günü-gündən artan elektrik avtomobillərinin şarjı neçəyə başa gəlir?
- Ölkəmizdə elektrikli avtomobillərə maraq artıb: Bəs usta, ehtiyat hissələrini necə tapaq? - PROBLEM
- Elektromobil sürücüləri çətinliklə üzləşirlər
- Cavid Abdullayev: "Enerji sisteminə yükü azaltmaq üçün plan hazırlanıb"
Rəylər