Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirən Lənkəran sakini saxlanılıb
Biznes qurmaq adı ilə vətəndaşların 400 min manatını ələ keçirən Lənkəran sakini saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Nihad Rəhimlinin Birləşmiş Ərəb Əmirliklərindən fotoaparatlar gətirib burada satmaq adı ilə Lənkəran sakininin 355 min manat pulunu ələ keçirməsi barədə Lənkəran Şəhər Rayon Polis Şöbəsinə məlumat verilib.
Araşdırma zamanı N.Rəhimlinin iş qurmaq adı ilə şirnikləndirici vədlər verərək digər bir Lənkəran sakininə qarşı dələduzluq etdiyi də müəyyən olunub. O, Dubayda hotel biznesinə yatırım etmək adı ilə zərərçəkənin 40 min manat pulunu ələ keçirib.
N.Rəhimli istintaqdan yayınmaq məqsədilə bir müddət müxtəlif ünvanlarda gizlənsə də, Bakı şəhərində saxlanılaraq istintaqa təhvil verilib. Barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda həmin şəxsin digər analoji əməllərinin olub-olmadığı araşdırılır.