Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov torpağa tapşırıldı
Birinci Qarabağ müharibəsində itkin düşən, 32 il sonra aşkarlanan meyit qalıqlarının eyniləşdirilməsi prosesində şəxsiyyəti müəyyənləşən Tərlan Kamal oğlu Rüstəmov dəfn olunub.
Oxu.Az xəbər verir ki, şəhid Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, eləcə də rayonun ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşən Tərlan Kamal oğlu Rüstəmov 1974-cü il martın 20-də Lerik rayonunun Şivlə kəndində anadan olub.
O, 1992-ci il sentyabrın 20-də Ağdam rayonunun Sırxavənd kəndində itkin düşüb. Onun nəşinin qalıqları itkin düşdüyü kənddə aşkar edilib.
Məhərrəm Əliyev
"Şəhidlər xiyabanı" teqi üzrə xəbərlər
- Necə ki, 30 il Qarabağı unutdurmadıq, qələbəmizi də yaşatmalıyıq
- Vətən müharibəsinin 43-cü günü: Qarabağın baş tacı Şuşa azad edilir
- Qələbənin rəmzi Şuşa şəhər gününü qeyd edir
- Sabah Bakının bəzi yollarında müvəqqəti məhdudiyyətlər olacaq
- Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib
Rəylər