Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Biləsuvarda yerin təkindən qanunsuz istifadə halı aşkarlanıb
Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbir zamanı rayonun Əsgərabad kəndi ərazisində yerin təkindən qanunsuz istifadə halı müəyyən edilib.
Oxu.Az xəbər verir ki, aşkarlanan halla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının da iştirakı ilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
Bundan əlavə, Biləsuvar RPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi və ya könüllü təhvil verilməsi məqsədilə keçirdikləri profilaktiki tədbirlər nəticəsində iki nəfər rayon sakini qanunsuz saxladıqları ov tüfənglərini könüllü olaraq polisə təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Qanunsuz saxlanılan odlu silah-sursat" teqi üzrə xəbərlər
- Bakıda hərbi sursat aşkarlanıb
- DİN Penitensiar xidmətlə birgə əməliyyat keçirib, "AKS-74" markalı avtomat silah götürülüb
- Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb
- Məhkəmə qazini girov götürən dəstə üzvləri ilə bağlı qərar çıxardı
- Balakən sakinindən tapança götürülüb
Rəylər