Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bəzi xəstələrin dərman təminatı niyə kəsilib?
Ölkədə bəzi şəxslərin dərman təminatı kəsilib. Ödənişsiz dərmanların iki aydan çoxdur ki, verilmədiyi deyilir.
Bu problemdən daha çox dializ xəstələri əziyyət çəkirlər. Onların sözlərinə görə, bir neçə aydır əsas lazım olan dərman preparatları ilə təmin olunmurlar.
Dializ xəstələri ilə yanaşı, boy hormonu çatışmazlığı olan şəxslər də bir müddətdir dərmanla təmin olunmadıqlarını deyirlər.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova bildirilib ki, hazırda ölkədə 4100-ə qədər hemodializ xəstəsi var:
"Həmin şəxslər müvafiq dərman preparatları ilə vaxtaşırı təmin edilirlər. Lakin bəzi hallarda müxtəlif səbəblərdən gecikmələr baş verə bilir".
Daha ətraflı "Xəzər xəbər"in süjetində:
"Dərman vasitələri" teqi üzrə xəbərlər
- Əczaçılıq məhsullarının istehsalı artıb
- Azərbaycana vərəm əleyhinə yeni dərman vasitələri gətiriləcək
- Antibiotik preparatları reseptsiz satanları hansı cəza gözləyir?
- Xeyrindən çox, zərəri olan "Nimesil" - Bu dərmanı nə vaxt istifadə etmək olmaz?
- İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda dərman keçirilməsinin qarşısı alınıb
Rəylər